“Dünya gücləri kommunikasiyaların açılmasında maraqlıdır”- Sahil Kərimli

“Dünya gücləri  kommunikasiyaların açılmasında maraqlıdır”- Sahil Kərimli
26 Fev 2025 11:10

“Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən inkişaflar, müəyyən razılaşmalar, sövdələşmələr, danışıqlar və təmaslar həyata keçirilir.”

Politoloq Sahil Kərimli bunu News365.az-a açıqlamasında deyib. 

”Ümumiyyətlə, həm Rusiya, həm İran, həm də digər dünya gücləri, əsas aparıcı ölkələr Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır. Lakin həmin ölkələr, təbii ki, bu kommunikasiyaların, dəhlizlərin, nəqliyyat layihələrinin açılmasında öz maraqlarını güdürlər. Buradan müəyyən siyasi və iqtisadi dividentlər qazanmağa çalışırlar.

Kreml rəsmisinin Tehrana səfərinin Ermənistan və İran xarici işlər nazirlərinin Cenevrədə görüşünün dərhal ardından baş verməsi də diqqət çəkib. Bu isə İran-Ermənistan-Rusiya tandeminin meydana çıxması ilə bağlı iddiaların yayılmasına zəmin yaradıb. Regionla bağlı bu üç qüvvəni birləşdirən ortaq maraqlar isə Zəngəzur ətrafındadır.


Sizin reklam burada
Sizin reklam burada