Paytaxtda maşın və motosiklet qaçırıldı

Paytaxtda maşın və motosiklet qaçırıldı
21 Mar 2025 14:06

Paytaxtın Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News365.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada