"5-10 manat qarşılığında sosial şəbəkələrdə fala baxılır"- Lumu İsrafillidən Açıqlama

"5-10 manat qarşılığında sosial şəbəkələrdə fala baxılır"- Lumu İsrafillidən Açıqlama
10 Apr 2025 13:35

"Sosial şəbəkələrdə baxıcılıq, falçılıq və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq, pul vəsaitlərinin mənimsənilməsi halları ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır."

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrafilli bu sözləri News365.az-a deyib. 

"Belə hallarda, özünü baxıcı, falçı kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif mediada pul vəsaitlərini onlayn köçürmə qaydasında əldə etməsi və daha sonra mənimsədikləri vəsaitlərlə əlaqədar qarşı tərəfin hesabını bloklamaqla yayından çıxmaları müşahidə olunur. Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq, bu hallarla bağlı inzibati və ya cinayət işi açılır. Belə dələduzluq hallarına tuş gəlmək, elə bir cinayətin qurbanı olmaq deməkdir. Çünki müraciət bir dəfə edilibsə, davamı gəlir və ya daha çox pul almaq üçün digər “xidmətlər” də təklif olunur."


Sizin reklam burada
Sizin reklam burada