Azərbaycanda
təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Kim nə istəyir, necə istəyir
bu sistemdə tətbiq edir. Təbii ki, heç nə də əvəzsiz olmur. İstənilən layihədə
güclü maddi maraq var. Yoxsa millətin savadlı olması çoxlarının heç vaxt umrunda belə
olmayıb.
Təsadüfi
deyil ki, bu sahəyə nəzarətin məqsədli şəkildə zəif olması işbazlara əlavə
stimul verir. Danışacağıməz fakt bunun daha bir sübutudur.
Məsələn bir
-iki gün öncə Bakının E. Cəlilov adına
272 saylı orta məktəbində müəllimlər otağı təmirdən sonra istifadəyə verilib.
Lap yaxşı, müəllimlərə normal iş şəraitinin yaradılması müsbət haldır.
Lakin bizi
narahat edən məsələ zamanlamadır. Məlumdur ki, tədris ili başa çatmaq üzrədir. Beş-on
gündən sonra məktəblərdə dərsliklər geri alınacaq. Və yaxın bir ayda müəllimlər
məktəbə ancaq söhbətə gələcəklər. Çünki dərslik olmayan sinifdə müəllim nə edəsidir
ki?!
Bu mənada tədris
ilinin sonunda müəllimlərə belə bir jestin edilməsi anlaşılan deyil.
Bəs, tədris
ili boyu müəllimlər harada oturub-durublar?
Bu təmiri
yay tətili zamanı etmək olmazdımı ki, müəllimlər də il boyu rahat iş şəraiti
görə bilsin?!.
Əlbəttə hər
şeyi vaxtında etmək olar. Bunun üçün vətəndaş yanğısı və təşəbbüskarlıq
lazımdır. Amma nə yazıq ki, bizlərin çoxunda bu yoxdur. Olsa idi 272 saylı məktəbin
müəllimlər otağı vaxtında təmir edilərdi.
Deyək ki, müəyyən
səbəblərə görə təmir tədris müddətində aparılıb. Və təmir prosesində yersizlikdən
müəllimlər, səs-küydən şagirdlər əziyyət çəkib.
Ən azı buna
görə Bakı şəhəri üzrə Baş təhsil idarəsinin(Elm və Təhsil Nazirliyi yox, haaaa)
bir əməkdaşı heç olmasa müəllimlər otağının açılışına təşrif buyurardı. Həm müəllimlərə
“göz aydınlığı” verərdi, həm də dilxoşluq edərdi ki, “bağışlayın, sizə bir neçə
ay əziyyət verdik”.
Amma
bunların heç biri edilmədi. Çünki təhsili idarə edənlər daha “vacib” işlərlə məşğuldur.
Belə olmasa idi Bakı şəhəri üzrə Baş təhsil
idarəsindən kimsə 272 saylı məktəbin direktoruna deyərdi ki, “biz gələ
bilmirik, heç olmasa “açılışı” sən elə”. Lakin bu da edilmədi. Və məktəb
direktoru da bu səbəbdən “açılışa” təşrif buyurmadı.
Nəticə isə
göz qabağındadır. Sahibsiz qalan təhsilimiz kimi diqqətsiz qalan müəllimlərimiz
də özləri-özlərinə tədbir keçiriblər. İnsafən pis də alınmayıb. Hətta gücləri
çatan qədər şirniyyat stolu da açıblar.
Bu da o deməkdir
ki, müəllimlərimiz öz yerindədir, amma onları idarə edənlər heç yerində olana
oxşamır.
News365.az