Bakıda ev yanıb, xəsarət alan var

Bakıda ev yanıb, xəsarət alan var
26 Okt 2025 21:00

Bakıda fərdi yaşayış evində yanğın olub.

News365.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində qeydə alınıb. Yanğın nəticəsində 1960-cı il təvəlüdlü Əliyev Nəcəf Əli oğlu müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada