Qurultaydakı olaydan sonra Fəzail Ağamalı xəstəxanaya düşüb? - AÇIQLAMA

Qurultaydakı olaydan sonra Fəzail Ağamalı xəstəxanaya düşüb? - AÇIQLAMA
20:08

Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün News365.az keçmiş deputatla əlaqə saxlayıb. O. saytımıza bildirib ki,  yaşanan xoşagəlməz olay səhhətinə pis təsir edib:

"Oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar 9-cu qurultayında baş verən xoşagəlməz vəziyyət və gərginlik təbii ki, səhhətimə müəyyən dərəcədə təsir göstərdi. Özümü narahat hiss etdim. Həkimin müdaxiləsindən sonra hər şey qaydasına düşdü. Bazar günü olmasına baxmayaraq, bütün günü işdə olmuşam. Hal-hazırda evdəyəm, hər şey qaydasındadır. Səhhətimdə heç bir problem yoxdur."


Sizin reklam burada
Sizin reklam burada