"Əfqanıstanla savaşa girə bilərik"

"Əfqanıstanla savaşa girə bilərik"
16:23

Əgər razılaşma olmasa, Əfqanıstanla açıq şəkildə savaşa girmək seçimimiz vardı. Amma gördüm ki, onlar sülh istəyirlər.

News365.az bildirir ki,  bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif İstanbulda Əfqanıstanla ikinci görüşlə bağlı danışarkən deyib.

Asif Əfqanıstanla Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsdə 5 gün ərzində heç bir insident baş vermədiyini, hər iki tərəfin atəşkəsə əməl etdiyini də bildirib.

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında bir müddətdir ki, gərginlik yaşanır.



Sizin reklam burada
Sizin reklam burada