İstanbul yaxınlığında zəlzələ baş verib

İstanbul yaxınlığında zəlzələ baş verib
26 Okt 2025 21:55

Qara dənizdə, İstanbul yaxınlığında 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İstanbulun şimal-qərbində, sahildən təxminən 16 kilometr aralıda və 13 kilometr dərinlikdə yerləşib.

Kandilli seysmologiya mərkəzinin məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,9 bal olaraq ölçülüb.


Sizin reklam burada
Sizin reklam burada