Sarkozini ölümlə hədələyən iki məhbus hakim qarşısına çıxacaq

Sarkozini ölümlə hədələyən iki məhbus hakim qarşısına çıxacaq
17:46

Fransanın sabiq prezidenti Nikola Sarkozini həbsxanada ölümlə hədələməkdə ittiham olunan iki məhbusun məhkəmə tarixi müəyyənləşib.

News365.az-ın məlumatına görə, 28 və 24 yaşlarında olan məhbuslar dekabrın 19-da hakim qarşısına çıxarılacaqlar.

Onlara məhkəmə prosesinə hazırlaşmaq üçün vaxt verilib. Təqsirləndirilən şəxslərdən biri quldurluq, digəri isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəza çəkir.

Həbsxanadan yayılan videolarda məhbusların “Pulları qaytar!”, “Qəddafinin qisası alınacaq!” deyə qışqırdıqları eşidilib.

Qeyd edək ki, 2007-ci il prezident seçkilərini qanunsuz yollarla — Liviya vəsaitləri hesabına maliyyələşdirməkdə təqsirli bilinən Nikola Sarkozi oktyabrın 21-də Parisin 14-cü dairəsində yerləşən “La Santé” həbsxanasına köçürülüb.


Sizin reklam burada
Sizin reklam burada