Ermənistanda Gümrü merinə qarşı yeni cinayət iş açılıb

Ermənistanda Gümrü merinə qarşı yeni cinayət iş açılıb
26 Okt 2025 22:30

Həbs edilən Gümrü meri Vardan Qukasyana qarşı açıq şəkildə Ermənistanın suverenliyindən imtina etməyə çağırdığına görə yeni cinayət işi açılıb.

News365.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə onun hüquqşünaslar qrupu məlumat yayıb.

Hüquq-mühafizə orqanları işin başlanılıb-başlanmaması ilə bağlı iki gün vaxt sərf edib. Oktyabrın 25-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə yeni cinayət təqibinin başlanması barədə qərar qəbul edilib.

İttihamlar Qukasyanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində Ermənistanın suverenliyindən imtinaya çağırış kimi səciyyələndirilən digər ölkələrlə ittifaq yaratmaq niyyəti ilə bağlı bəyanatlarından irəli gəlirdi.

Merin vəkilləri ittihamların bu maddə ilə əlaqəsi olmadığını və siyasi motivli olduğunu düşünürlər. Bəyanatı Zarui Postancyan, Aramayis Ayrapetyan və Arnold Vardanyan imzalayıb.

Oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarışlar aparıblar. Nəticədə mer Vardan Qukasyan və daha 7 nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada