Millət vəkilindən “qızı” ilə bağlı səslənən fikirlərə SƏRT TƏPKİ-VİDEO

Millət vəkilindən “qızı” ilə bağlı səslənən fikirlərə SƏRT TƏPKİ-VİDEO
13:12

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov haqqında sensasion məlumatlar yayılıb. Özünü Elman Nəsirovun ilk nikahından olan qızı kimi təqdim edən Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

O, iddia edir ki, 4 yaşı olarkən valideynləri ayrılıb, anası ilə yaşayır. Bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib.

L.Əliyevanın sözlərinə görə, hazırda ailə qurub, iki azyaşlı övladı var, buna baxmayaraq, içki düşkünü olan qayınatası onu təhqir edir, söyür və evdən də çölə atıb. Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.

O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib. Ancaq indi çarəsiz durumdadır.

Məsələ ilə bağlı Elman Nəsirovun mövqeyini öyrəndik. News365.az-a açıqlamasında o bildirdi ki, dözvlətçiliyimizə qənim kəsilmiş radikal müxalifət və bəzi maraqlı qüvvələr  məni susdurmaq uçun çeşid-çeşid üsullara əl atır və ya yenilərini “ icad” edir:

“İndi də “qız”ımı tapıblar. Onu danışdırırlar. Siz nə qədər miskinsiniz. Ancaq bilin və unutmayın: siz radikallarla sonadək varam. Məni fiziki aradan götürə bilərsiniz, lakin əqidəmdən döndərə bilməzsiniz”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada