Biatlon üzrə on dəfədən artıq dünya çempionu Julia Simon yeni qalmaqalla üzləşib.
News365.az "L’Equipe"yə istinadən xəbər verir ki, o, fırıldaqçılıq və oğurluqla əlaqədə ittiham olunur.
Bu barıdı şəxsi əşyalarını və pullarını itirən Fransalı idmançılar Lu Janmonno, Karolin Kolombo, Anais və Hlo Şevalye bacıları bildiriblər.
Qeyd edək ki, Simon əvvəllər də başqasının kredit kartından 1000 avrodan çox alış-veriş üçün istifadə etdiyini etiraf etmişdi. O zaman üç nəfər, o cümlədən Olimpiya çempionu Justine Bressaz-Buşe zərərçəkən qisməndə olmuşdular.