1962-ci ildən axtarışda olan qadını indi tapdılar - FOTO

1962-ci ildən axtarışda olan qadını indi tapdılar - FOTO
05 May 2025 09:20

ABŞ-də maraqlı hadisə baş verib. Britaniyanın “The Guardian” qəzetinin yaydığı məlumata görə, 60 ildən çoxdur ki, itkin düşən qadın indi tapılıb. 


Viskonsin ştatından olan 20 yaşlı Audrey Beykberq adlı qız 1962-ci ilin iyulunda yoxa çıxıbmış: "O vaxtdan bəri iki uşaq anasından heç bir xəbər alınmayıb. Hazırda 82 yaşlı Beykberqin Viskonsin ştatı ətrafında tapıldığı bildirilir. Məlum olub ki, qadın o dövrdə iddia olunduğu kimi qaçırılmayıb, öz istəyi ilə evi tərk edibmiş. Bu hərəkətə səbəb ərinin davamlı zorakılığı olub".


Beykberq köhnə, açılmamış cinayətlərin yoxlanılması nəticəsində təsadüfən üzə çıxıb. Polis internet axtarışı nəticəsində qadını tapıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada