Rusiya qoşunlarının Ukraynanın şimalındakı Sumı vilayətinə hücumları davam edir.
News365.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Rusiya qoşunlarının Sumı vilayətinin Kondratovka kəndini ələ keçirdikdən sonra Ukraynanın şimalındakı Sumı şəhərinə çatmaq üçün cəmi 20 km yolu qalıb.