149 nömrəli məktəbdə Heydər Əliyevin xatirəsi anılıb- VİDEO

149 nömrəli məktəbdə Heydər Əliyevin xatirəsi anılıb- VİDEO
13:02

149 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd olunub

Bakının 149 nömrəli tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

News365.az xəbər verir ki,  Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub, onun zəngin siyasi irsindən danışılıb. Tədbirdə “Heydər xalqım deyəcək” musiqisi səsləndirilib və şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Tədbirin məqsədi gənc nəslin Ümummilli Liderin ideyalarına sadiq ruhda tərbiyə olunmasına töhfə vermək olub.


Sizin reklam burada
Sizin reklam burada