Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı

Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı
11:25

Gəncədə həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

DİN rəsmisinin sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K. Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada