Çay paketləri sağlamlıq üçün təhlükə saçır
News365.az xəbər verir ki, İspaniyanın Barselona Universitetinin (UAB) tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, çay paketlərinin tərkibində milyardlarla mikro və nanoplastik (MNPL) hissəciklər mövcuddur. Araşdırma nəticələri göstərib ki, hər bir çay paketi isti suya batırıldıqda suyun hər millimetrinə bu hissəciklər daxil olur.
Tədqiqat zamanı üç fərqli çay paketi növü üzərində analiz aparılıb:
"Polypropylene" – 1.2 milyard mikroplastik hissəcik
"Cellulose" – 135 milyon mikroplastik hissəcik
"Nylon-6" – 8.18 milyon mikroplastik hissəcik
Mütəxəssislər, bu hissəciklərin insan sağlamlığına potensial zərər verə biləcəyini vurğulayır və çay paketlərindən istifadədə ehtiyatlı olmağa çağırırlar.
Youtube kanalımız