Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"
11:45

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşün ABŞ-da və ya Yaxın Şərqdə baş tuta biləcəyinə inanır.

O, bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.

"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma görüşə biləcəyimiz bir çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da", - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti ABŞ ilə Yaxın Şərqə yönəlmiş danışıqlar prosesinin davam etdirilməsi barədə də danışıb.


Sizin reklam burada
Sizin reklam burada