Sevilən meyvə təhlükə yarada bilər - vacib xəbərdarlıq

Sevilən meyvə təhlükə yarada bilər - vacib xəbərdarlıq
10:26

Gündəlik rasionda geniş yer alan və çoxlarının sevdiyi banan barədə mütəxəssislər ehtiyatlı olmağa çağırır.

News365.az-ın məlumatına görə, bu meyvə faydalı xüsusiyyətləri ilə tanınsa da, onun həddindən artıq qəbulu sağlamlıq üçün risk yarada bilər. Xüsusilə tərkibindəki yüksək kalium miqdarı normadan çox qəbul edildikdə ürək ritmində pozuntulara səbəb ola bilər.

Bundan əlavə, mütəxəssislər qeyd edir ki, uzun müddət normanı aşan istehlak orqanizmin ümumi balansına mənfi təsir göstərir, maddələr mübadiləsini zəiflədir və müxtəlif problemlərin yaranma ehtimalını artırır.

Həmçinin, bananın tərkibində olan təbii şəkər miqdarı nəzərə alınmadıqda, bu, artıq çəkiyə səbəb ola bilər. Buna görə də, faydalı olsa belə, bu meyvəni ölçülü şəkildə istehlak etmək tövsiyə olunur.

News365.az



Sizin reklam burada
Sizin reklam burada