Litvanın baş naziri Azərbaycana gəlib

Litvanın baş naziri Azərbaycana gəlib
08 Apr 2026 22:40

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib.

News365.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


Sizin reklam burada
Sizin reklam burada