Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər.
News365.az xəbər verir ki, sözügedən məsələ Naxçıvan MR Ali Məclisinin aprelin 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
İclasda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikasının Qanununun ləğv edilməsi barədə" qanun layihəsi müzakirə olunacaq.