İranda tarix təkrar olur?

İranda tarix təkrar olur?
09:22
Sizlərə ABŞ-ın keçmiş prezidenti Harri Trumenin 1946-cı ildəki İran böhranı (və ya Azərbaycan böhranı) zamanı sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılması ilə bağlı çıxışını təqdim edirəm.
Hadisələr zamanı ABŞ-nin mövqeyini danışan Trumen qeyd edir ki, o, rusları hədələyərək əgər qoşunlarını çıxarmasalar, ABŞ-ın bölgəyə yenidən qoşun yeridəcəyini və Sakit okean donanmasını Fars körfəzinə göndərəcəyini bildirmişdi.
Bu çəkiliş 1964-1965-ci illərdə yayımlanan "Decision: The Conflicts of Harry S. Truman" sənədli serialı üçün hazırlanmış, lakin sonradan istifadə edilməmiş kadrlar sırasına daxildir.
Müttəfiqlər hərbi qüvvələrini Azərbaycandan çıxarmaq üçün bir tarixdə razılığa gəldikdə, amerikalılar razılığa gəldilər, ruslar isə razılaşmadılar. Trumen qeyd edir ki, o, rusları hədələyərək əgər qoşunlarını çıxarmasalar, ABŞ-ın bölgəyə yenidən qoşun yeridəcəyini və Sakit okean donanmasını Fars körfəzinə göndərəcəyini bildirmişdi.
Qısa olaraq qeyd edim ki, bu hadisə tarixdə "İran böhranı" kimi də tanınır. İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələr (SSRİ və Böyük Britaniya) İranın neft yataqlarını qorumaq və təchizat yollarını təmin etmək üçün İranın şimalını və cənubunu işğal etmişdilər. Müharibə bitdikdən sonra müqaviləyə əsasən qoşunlar 1946-cı ilin martına qədər çıxarılmalı idi.
Britaniya və ABŞ qoşunlarını çıxarsa da, SSRİ Cənubi Azərbaycandakı mövcudluğunu davam etdirərək burada Azərbaycan Milli Hökumətinin qurulmasına dəstək vermişdi.
Lakin Trumenin iddiasının əksinə, bu məsələ BMT-nin yeni yarandığı dövrdə qarşılaşdığı ilk böyük beynəlxalq sınaqlardan biri idi və qurumun göstərdiyi diplomatik təzyiq Sovetləri çətin vəziyyətdə qoymuşdu. BMT-nin təyziqi və eyni zamanda İranın o vaxtkı baş naziri Əhməd Qavam sovetlərə neft güzəştləri vəd edərək onları diplomatik yolla razı salmış idi.
Sovet qoşunları geri çəkildikdən qısa müddət sonra İran hökumət qüvvələri regiona daxil olub və Milli Hökuməti ləğv edib.
İndi isə əksinə hadisələr baş verir.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada