Gəmilər üçün Hörmüzə alternativ təhlükəsiz marşrut müəyyənləşdirildi

Gəmilər üçün Hörmüzə alternativ təhlükəsiz marşrut müəyyənləşdirildi
09:58

İran Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazından keçməyi planlaşdıran gəmilər üçün potensial dəniz minaları ilə toqquşma riskini azaltmaq məqsədilə alternativ marşrutlar açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Gəmilərin İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilmələri tövsiyə olunub.

Belə ki, təşkilat Fars körfəzində keçid gözləyən gəmilərə giriş marşrutu olaraq Oman körfəzindən şimala doğru irəliləyib Larak adasının yaxınlığından Fars körfəzinə keçməyi, çıxış marşrutu olaraq isə Fars körfəzindən başlayıb Larak adasının cənubundan keçərək, Oman körfəzinə doğru davam etməyi tövsiyə edib.

Qeyd olunur ki, gəmilərin bu marşrutlarda hərəkəti İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə koordinasiya olunmalıdır.

“Fars” agentliyinin məlumatına görə, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra Hörmüz boğazı İsrailin Livana hücumları səbəbindən müvəqqəti bağlı qalıb.

“Tasnim” agentliyi isə yazır ki, atəşkəs dövründə İran Silahlı Qüvvələrinin icazəsi olmadan boğazdan keçid mümkün deyil və bir çox gəmi hələ də ərazidə gözləyir.


Sizin reklam burada
Sizin reklam burada