Ukrayna prezidenti Volodimir Zelenski Krımın qaytarılması tələbindən əl çəkməyə hazırdır.
News365.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“12 ildir heç kim bu məsələni qaldırmayıb, indi birdən bu haqda danışırlar. Ona görə də Zelenskiyə dedim ki, bəlkə bununla bağlı ABŞ-nin 44-cü prezidenti Barak Obama ilə əlaqə saxlamalısınız? Ondan soruşun ki, niyə Krımdan imtina etdi? Yeri gəlmişkən, onlar bir güllə belə atmadan ondan imtina etdilər", - Tramp jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, ABŞ-nin sülh planına Krımın Rusiya ərazisi kimi tanınması və Rusiyanın döyüşlər zamanı əldə etdiyi əraziləri saxlaması daxildir.