Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova diqqət çəkən açıqlamalar verib.
O, RİA Novosti-yə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskini xarici qoşunların Ukraynaya göndərilməsi ideyasına görə “qaniçən əcinnə” adlandırıb.
Zaxarovanın sözlərinə görə, Zelenski əvvəlcə öz vətəndaşlarını “sadəcə məhv etdi”, indi isə Kiyevin müttəfiq hesab etdiyi insanları məhv etmək istəyir.
“O, qaniçən canavardır və bu başa düşüləndir... Görünür, o, özünü bir növ Məsih hesab edirdi”, – diplomat əlavə edib.
Xatırladaq ki, yanvarın 9-da Zelenski Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında iştirak edib. Tədbir zamanı o, xüsusi olaraq qeyd edib ki, Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi “sülhü yaxınlaşdırmaq üçün ən yaxşı vasitələrdən birinə” çevrilə bilər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural