Zaxarova: "Qərb dünyası artıq təhlükəsizlik etalonu deyil!"

Zaxarova: "Qərb dünyası artıq təhlükəsizlik etalonu deyil!"
18 Fev 2025 14:57

Münhen Təhlükəsizlik Konfransı “Atlantikanın iki sahili” arasında çəkişməyə çevrilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, 61-ci Münhen Konfransı nümayiş etdirdi ki, “Qərb dünyası hətta etalon olmaq iddiasından belə çoxdan çıxıb”.

"Təşkilatçıların fikrincə, tendensiyaları təhlil etmək və Avro-Atlantik təhlükəsizliyi üçün ideyaları formalaşdırmaq məqsədi daşıyan tədbir mahiyyət etibarı ilə Atlantikanın iki sahili arasında çəkişməyə çevrilib", - diplomat bildirib.

Qeyd edək ki, konfrans fevralın 14-dən 16-dək baş tutub. Əsas mövzulardan biri Ukrayna münaqişəsi olub. Münhendəki Amerika nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti Vens başçılıq edib. O, Avropa İttifaqı rəhbərliyini tənqid edib və Ukrayna prezidenti Vladimir Zelenskini sülh danışıqlarına başlamağa çağırıb. Zelenski çıxışı zamanı ABŞ-nin Kiyevə yardımını dayandıracağını istisna etməyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada