İnsan beyninin 5 fərqli inkişaf mərhələsi müəyyən edilib

İnsan beyninin 5 fərqli inkişaf mərhələsi müəyyən edilib
20:40

İnsan beyni ömür boyu eyni şəkildə fəaliyyət göstərmir. Minlərlə insanın beyin görüntülərini araşdıran alimlər onun inkişafında beş əsas mərhələ və dörd mühüm dönüş nöqtəsi müəyyən ediblər.

News365.az xəbər verir ki, tədqiqat zamanı beynin təşkilində baş verən dəyişikliklər araşdırılıb və əsas dönüş nöqtələrinin təxminən 9, 32, 66 və 83 yaşlarına təsadüf etdiyi müəyyənləşdirilib.

Araşdırmada 9 yaşdan 32 yaşa qədər olan dövr beynin yeniyetməlik mərhələsi kimi xarakterizə edilir. Bu müddətdə beyin əlaqələri və informasiya emalı sistemi dəyişməkdə davam edir.

32 yaşdan sonra isə beynin təşkilində başqa dəyişikliklər müşahidə olunur. Daha sonrakı mərhələlərdə yaşlanma ilə bağlı proseslər ön plana çıxır.

Alimlər vurğulayırlar ki, bu yaşlar hər bir insan üçün dəqiq sərhəd deyil. Bunlar çoxsaylı iştirakçılardan əldə edilmiş məlumatlarda müşahidə olunan ümumi dəyişiklik nöqtələridir.

Tədqiqat beynin inkişafının yalnız uşaqlıq və yeniyetməlik dövrü ilə məhdudlaşmadığını, yetkin yaşlarda da əhəmiyyətli dəyişikliklər baş verdiyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada