İçkili halda su kanalına düşən kişi öldü

İçkili halda su kanalına düşən kişi öldü
25 Sen 2026 11:54

Yevlaxda 53 yaşlı kişinin meyiti kanaldan tapılıb.

News365.az xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb.

1973-cü il təvəllüdlü Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkarlanıb.

İlkin məlumata görə, İ.Qasımov içkili vəziyyətdə olarkən kanala yıxılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada