Ceyhun Bayramov Tahsin Ərtoğruloğlu ilə görüşüb

Ceyhun Bayramov Tahsin Ərtoğruloğlu ilə görüşüb
21:20

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu ilə görüşüb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər ikitərəfli təmaslar və o cümlədən çoxtərəfli formatlarda aparılan mühüm dialoq ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı ŞKTR-in Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusunun əhəmiyyəti vurğulanıb, həmçinin Türk dünyası daxilində çoxtərəfli əlaqələndirmənin və birgə təşəbbüslərin, o cümlədən qarşıdan gələn TDT Zirvə görüşünə hazırlıq işlərinin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə də toxunublar.


Sizin reklam burada
Sizin reklam burada