Lənkəranda körpəni ATALIĞI vəhşicəsinə döyüb

Lənkəranda körpəni ATALIĞI vəhşicəsinə döyüb
12:21

2023-cü il təvəllüdlü uşaq fiziki zorakılıq nəticəsində aldığı xəsarətlər səbəbindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

News365.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Uşaq xəstəxanada müayinə olunarkən bədənində müxtəlif ağır xəsarət işləri aşkarlanıb. Araşdırmalarla uşağın atalığı tərəfindən zorakılığa məruz qaldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertizalar təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.


Sizin reklam burada
Sizin reklam burada