Ağ Ev CNN jurnalistlərinə ABŞ prezidenti Donald Trampın bu gün Tennessi ştatına planlaşdırılan səfəri zamanı onun təyyarəsinə minməyi qadağan edib.
News365.az xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti yayıb: "Ağ Ev CNN jurnalistlərinə ABŞ prezidenti Donald Trampın şənbə günü Tennessi ştatının Noksvil şəhərinə səfəri zamanı onun təyyarəsinə minməyi qadağan edib".
Bildirilir ki, "bu qərar cümə günü yenidən başlayan rotasiyalı jurnalist işini təhdid edir". Noksvildə Amerika lideri kolleclərarası futbol oyununa qatılmalıdır.