Kanadada həvəskar astronom düşərgə yeri axtararkən peyk xəritəsində qeyri-adi dairəvi struktur görüb.
News365.az xəbər verir ki, əvvəlcə bunun nə olduğu məlum olmayıb.
Sonradan alimlər ərazini araşdıraraq burada diametri təxminən 25 kilometr olan nəhəng zərbə krateri aşkar ediblər. Hesablamalara görə, krater təxminən 390 milyon il əvvəl asteroidin Yerə çırpılması nəticəsində yaranıb.
Ərazidə tapılan xüsusi qaya strukturları kosmik zərbənin izlərini təsdiqləyib.
Hadisənin o dövrdə Yer kürəsinin bu hissəsində ciddi geoloji dəyişikliklər yaratdığı düşünülür.