İnsan beyin hüceyrələri siçanların beyninə inteqrasiya edib

İnsan beyin hüceyrələri siçanların beyninə inteqrasiya edib
21:00

ABŞ-ın Stanford Universitetinin alimləri laboratoriyada yetişdirilmiş insan beyin toxumasını genetik dəyişiklik edilmiş siçanların beyninə köçürüblər. 

News365.az xəbər verir ki, təcrübə insanın nevroloji xəstəliklərinin öyrənilməsi üçün yeni imkanlar yarada bilər.

Qeyd edilib ki, insanın dəri və ya qan hüceyrələrindən əldə edilən kök hüceyrələr əsasında yaradılmış beyin orqanoidləri siçanların beyninə yerləşdirilib.

Bu toxumalar insan beyninin qabıq hissəsinə xas xüsusiyyətlər daşıyır və siçanların sinir sistemi ilə əlaqələr quraraq fəaliyyət göstərməyə başlayıb.

Tədqiqatçılar daha sonra heyvanları oksigen çatışmazlığına məruz qoyaraq insan beyin hüceyrələrinin zədələnməsini araşdırıblar. Nəticələr insan hüceyrələrinin bəzi zədələnmə proseslərinə siçan hüceyrələrindən fərqli reaksiya verdiyini göstərib.

Alimlər hesab edirlər ki, bu model epilepsiya, şizofreniya, autizm və digər nevroloji xəstəliklərin mexanizmlərini öyrənməyə, həmçinin yeni müalicə üsullarını sınaqdan keçirməyə kömək edə bilər.

Tədqiqat insan beyninin siçana köçürülməsi demək deyil. Söhbət laboratoriyada yetişdirilmiş insan beyin toxumasının heyvanın beyninə yerləşdirilməsindən gedir.


Sizin reklam burada
Sizin reklam burada