İtaliya təmsilçisi "Yuventus" qış "transfer pəncərəsi"ndə Slovakiya millisinin müdafiəçisi David Qançkonu heyətinə qatmağı düşünür.
"Football İtalia La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, turinlilər adıçəkilən oyunçunu transfer etmək üçün onun çıxış etdiyi "Feyenoord" (Niderland) klubu ilə razılığa gəlməyə çalışır.
"Qoca sinyora" zədəli olan müdafiəçisi Qleyson Bremerin boşluğunu 26 yaşlı futbolçu ilə doldurmağı planlaşdırır.
Qeyd edək ki, D.Qançko 2022-ci ildən "Feyenoord"un şərəfini qoruyur. O, cari mövsüm Niderland klubunun heyətində 21 oyun keçirib və 2 qol vurub.