"Yuventus" Kenan Yıldızın maaşında şok artım etdi - RƏQƏM

"Yuventus" Kenan Yıldızın maaşında şok artım etdi - RƏQƏM
12:30

"Yuventus" futbolçu Kenan Yıldız üçün mühüm qərarını verib. İtalyan nəhəngi, 20 yaşındakı ulduzun müqaviləsini uzatma mövzusunda sona yaxınlaşarkən, Kenan Yıldızın illik maaşını da ciddi şəkildə artırıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, "Yuventus" Kenan Yıldızın illik maaşını 6 milyon avroya yüksəltdib.

İtalyan klubunun futbolçunun müqaviləsini 2030/2031-ci ilə qədər uzatmağı planlaşdırdığı və Kenanı "satıla bilməyən" oyunçu kimi gördüyü bildirilib.

Kenan Yıldızın cari bazar dəyərinin 75 milyon avro olduğu bildirilir. "Yuventus"un bu addımı ilə həm futbolçunun iqtisadi, həm də idman dəyərini qorumağa çalışdığı qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada