İsveçrəli xizək alpinisti Marianna Fatton İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında sprint yarışında Olimpiya çempionu olub.
News365.az xəbər verir ki, o, 2:59.77 dəqiqəlik nəticə göstərərək, Olimpiya Oyunlarında bu idman növü üzrə ilk qızıl medalı qazanıb.
Fransalı Emili Arrop ikinci olub, bürüncü mükafatı isə ispaniyalı Ana Alonso Rodriges əldə edib.