"Qarabağ" "Nyukas"la qarşılaşması- BAŞA ÇATDI YENİLƏNİB 8

"Qarabağ" "Nyukas"la qarşılaşması- BAŞA ÇATDI YENİLƏNİB 8
23:38

Oyun 1-6 hesabı ilə başa çatdı.


***


23:20


Remsi 72-ci dəqiqədə qonaqların 6-cı qolunu vurdu: 1-6.


***

23:00


Elvin Cəfərquliyev 54-cü dəqiqədə "Qarabağ"ın ilk qoluna imza atdı: 1-5.

***

22:30


Qordon görüşün 45-ci dəqiqəsində penaltidən özünün dördüncü, komandasının beşinci qoluna imza atdı: 0-5.


***

22:20


Qordon özünün üçüncü, komandasının dördüncü qolunu vurdu: 0-4.


***

22:19


Qordon 32-ci dəqiqədə fərqi artırdı: 0-3.


***

21:55


Qarşılaşmanın 9-cu dəqiqəsində Tşau ikinci qola imza atdı: 0-2.

***

21:50

Matçın 2-ci dəqiqəsində Qordon qonaqları hesabda önə keçirdi: 0-1.

***

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.

News365.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb.




Sizin reklam burada
Sizin reklam burada