İngiltərənin “Nyukasl” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq.
News365.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin kollektivi oyundan öncə Bakıda şəhər gəzintisinə çıxıb.
Bununla bağlı klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.