Yunanıstanda Fələstinə dəstək məqsədilə maraqlı aksiyaya imza atılıb.
News365.az xəbər verir ki, bir qrup fəal səhər saatlarında ölkənin məşhur turizm məkanlarından biri olan Meteora qayalarına nəhəng Fələstin bayrağı asıb.
Aksiya iştirakçıları görüntüləri dron vasitəsilə lentə alaraq “Soyqırımı dayandır, Fələstinə azadlıq” şüarı ilə sosial şəbəkələrdə paylaşıblar.
Fəallar bu addımlarının Fələstin xalqına həmrəylik və sülh mesajı daşıdığını bildirib.
News365.az