Yoxa çıxan itini evdən 1600 km aralıda tapdı - VİDEO

Yoxa çıxan itini evdən 1600 km aralıda tapdı - VİDEO
09 Apr 2025 14:20

ABŞ-də maraqlı hadisə baş verib. UPI-nin yaydığı məlumata görə, itmiş it evdən 1600 km aralıda tapılıb.


"Yuta ştatında Huey adlı it iki həftə əvvəl sahibinin himayəsində olarkən itib. Uzun axtarışlardan sonra ev heyvanı qonşu ştatda, evdən 1600 km aralıda tapılıb. Orada onu evsiz heyvan hesab ediblər və yerli sığınacaq işçiləri aşkar edərək saxlayıblar", - nəşr yazıb.


Sığınacaq nümayəndəsi isə bunlarə deyib: "Bu itin haradan gəldiyini eşidəndə şoka düşdük. Bu qədər qısa müddətdə təkbaşına belə məsafə qət etmək inanılmaz görünür".

Hueyin bir neçə ştatı necə keçib getməsi sirr olaraq qalır. Versiyalardan birinə görə, it təsadüfən tapdığı yük maşını sürücüsünün gözündən yayınıb və maşına girərək yol gedib. Başqa bir nəzəriyyəyə görə, o, səyahətçilər tərəfindən yolda götürülüb və sonra itiriblər.


Tural


Sizin reklam burada
Sizin reklam burada