Yola tökülən pivələr izdiham yaratdı - FOTO

Yola tökülən pivələr izdiham yaratdı - FOTO
29 Apr 2025 13:28

İzmirin bir bölgəsində yük maşınının qoşqusunun qırılması nəticəsində pivə şüşələri yola tökülüb.

News365.az-ın məlumatına görə, hadisə zamanı qoşqu hissəsi qırılmış yük maşınının içində olan pivə butulkaları küçəyə səpələnib.

Yerə tökülən pivələr yerli sakinlər tərəfindən demək olar ki, talan edilib.

izdiham ətrafda nəqliyyatın hərəkətinə də təsir göstərib.

Yaranan vəziyyətin görüntüləri sosial mediada geniş yayılıb.


Sizin reklam burada
Sizin reklam burada