Yəmənin Ədən şəhərindən cənubda altı kiçik qayığın bir tankerə yaxınlaşdığı və xəbərdarlıq atəşi açdığı bildirilir.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) idarəsinin verdiyi məlumata görə, insident sahildən 50 dəniz mili məsafədə baş verib.
Hazırda aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırma aparır.
UKMTO ərazidəki gəmilərə müraciət edərək: "Gəmilərin ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunur", - deyə əlavə edib.