Yaşayış binasında yanğın olub- 14 nəfər tüstüdən zəhərlənib

Yaşayış binasında yanğın olub- 14 nəfər tüstüdən zəhərlənib
20:03

Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər tüstüdən zəhərlənib. 

News365.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. 

Məlumata görə, hadisə Lion ətrafındakı Dekin kommunasında yeddi mərtəbəli binada baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 50 nəfər təxliyə olunub.

Hadisə ilə bağlı Lion prokurorluğu istintaq başladıb.


Sizin reklam burada
Sizin reklam burada