Yaponiyalı pilot mübarizəni dayandırdı

Yaponiyalı pilot  mübarizəni dayandırdı
15 Sen 2024 16:44

RB komandasının pilotu Yuki Tsunoda Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.

Yaponiyalı sürücü 17-ci dövrədə yarışla vidalaşmalı olub.

Onun bolidində problem aşkarlanıb.

Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.


Youtube kanalımız

Oxşar xəbərlər