Son günlər sosial media və mətbuatda Qarabağ FK- a yönələn xoş olmayan hücumlar davam edir. Burada Qarabağın doğma Ağdama qayıdıb orda fəaliyyət göstərməsi barədə fikirlər səslənir. Bununla razıyam. Ağdam gözəldi. Qarabağ gözəldir. Təkcə oranın təbiəti bəs edəcək ki, klub daha çox enerji əldə edəcək. İmarət stadionu tamamlansın və Qarabağ nəhayət digər sakinlər kimi doğma yurda geri dönsün. Qarabağ uğurlar qazananda Ağdam klubu idi, indi psixoloji böhran yaşadığı dövrdə də. Onun uğurları dövründə çox insan onu Ağdam klubu kimi tanımaqdan imtina edirdilər. İndi isə böhran yaşayan klubu onlar region klubu kimi qəbul edirlər.
Əslində bu məni sevindirir. Nəhayət ki, cəmiyyət başa düşdü ki, Gözəl ailəsi nə qədər dirəşib onu Ağdamdan uzaq tutmağa cəhd etsə də, klubun kökü və bu günü də Ağdamdır. Nəhayət Allahverdi Bağırovun, Fred Asifin və Ağdam şəhidlərinin sevdiyi və qoruduğu klub öz əsl adını və kimliyini qazandı.
Qarabağ elə belə klub deyil ki, böhranda qalsın. Əminəm ki, bu ona daha güclü olmaq üçün imkanlar yaradacaq və yenidən nüfuzlu klublara qalib gəlməkdə davam edəcək.
Lakin bu hücumların fonunda bir müddət öncə insanları incidən, küsdürən faşist düşüncəli insanların məcburi köçkün və yerli söhbətini ortaya atmasıdı. Əynində bahalı kostyum olanla şalvarı rajokla geyinən durub belə ittihamlar edirlər. Başa düşürəm ki, bu söhbəti ortaya atanlar ermənilərin və rusların uzun zamandır apardığı təbliğata kor korənə qoşulublar. Olsun. İnsan elə bir canlıdır ki, onun beyini insan beynində ola bilər, balıq beyni də
Və əsas məsələ. Bu söhbəti ortaya atanların əksərinin profillərinə baxıram. Bozqurd simvolları, Turan və Türk millətçi (şovinist) ideyaları ilə yaşayanlardır
Keçən söhbətlərdə də bunlar fəal idi, indi də. Mən türk oğlu Türkəm. Millətimi sevirəm və mənsub olduğu millətini sevən hər bir şəxsə də hörmət və sevgi göstərirəm..Hansı millətdən asılı olmayaraq Azərbaycanda yaşayan digər millətləri öz milləti kimi sevən hər kəs mənim qəlbimdə özünə bir yurd salıb.
Lakin bu şovinist, Qurd cildinə girən çaqqallar özlərini Türk kimi qələmə versələr də onlar türk deyilər. Tarixin bütün dövrlərindən bu günə qədər Bozqurd (Türk) adından yüzlərlə, minlərlə çaqqallar ortada oldular. Əllərində Türkün simgəsi olan işarə ilə özlərini Qurd kimi göstərərək ölkəmizdə insanları, millətləri bir birinə düşmən etməyə cəhd edirlər..
Oğuz Xaqandan Tomrisə, ordan da bu torpaqlarda olan Türk liderlərinə qədər heç kim şovinist olmadı. Amma bu şəxslər böyük Türk kimliyinə xas olmayan çaqqal hərəkətləri ilə elə fikir yaradılar ki, guya Türk milləti belədir.
Xeyir əzizlərim. Türk qəlbi və ruhu hər bir milləti özünün doğması kimi baxıb və baxacaq da. Türk qanlı insanlar birlik və bərabərlik tərəfdarı olanlardır..Türk əminliklə öz kürəyini bu torpaqda yaşayan digər millətlərə söykəyəndır. Bir milləti özündən aşağı və yuxarı görən deyil, bərabər və göz gözə sevgi ilə baxandır. Türk tarixi kənara qoysaq çiynini digər millətlərə söykəyib Azərbaycan uğrunda canlarından keçən Fred Asifdir, Allahverdidir, Poladdır və digərləridir ki, onların əlini tutan Pəncəli, Albert, Çingiz və digərlərini sevəndir. Azərbaycan adlanan ailənin içində qardaş və bacı sevgisi daşıyandır əsl Türk insanı.
Mən Türkəm eyni zamanda bu torpaqda yaşayan Azərbaycanlıyam və özünə Azərbaycanlı deyən və buranı sevən hər kəs mənim doğmamdır. Türk üçün Azərbaycan vardır və onun gözəl etnik mənzərəsi vardır.
Təkrar edirəm. Pəncəli dünyaya geri qayıtsın deyə qalan ömrümü qurban verərəm.
Sizlərdən xahiş edirəm səhifəsində, profilində Türk simgələri qoyub region və millət söhbəti edən şəxsləri Türk kimi qəbul etməyin. Onlar sadəcə olaraq Qurd cildində olan çaqqallardır. Onları etnik xalq da qəbul etməyin. Onları Azərbaycanlı kimi də qəbul etməyin. Onları insan kimi də qəbul etməyin.
Zaur Əliyev, tarixçi