Türkiyəli aktrisa Melisa Aslı Pamuk və həyat yoldaşı, Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı İtaliyada istirahət edirlər.
News365.az xəbər verir ki, futbolçu bununla bağlı instaqram hesabında paylaşım edib.
O, oğulları Mylan ilə birlikdə Romada dincəldikləri anları izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Melisa və Yusuf ötən il Parisdə gizlicə ailə qurub. Onların bu ilin yanvarında övladı dünyaya gəlib.
Qeyd edək ki, Y. Yazıcı hazırda Yunanıstanın “Olimpiakos” komandasında çıxış edir.
Sözügedən fotoları təqdim edirik: