ABŞ iş adamı Stiven Witkoff-un Ukrayna–Rusiya üzrə təqdim etdiyi yenidənqurma planı kəskin tənqid olunub.
News365.az-ın məlumatına görə, tənqidçilər bildirir ki, plan Ukraynanın 1 trilyon dolları aşan müharibə ziyanını nəzərə almır. Dondurulmuş Rusiya aktivlərindən yalnız 100 milyard dolların Ukraynaya verilməsi təklif olunur və bunun da 50%-i ABŞ-a “komissiya” kimi çatır.
Qeyd edilib ki, planın böyük hissəsi aktivlərin Rusiyaya qaytarılmasını nəzərdə tutduğundan, ekspertlər bunun “təcavüzkarın real cəza almaması” kimi təhlükəli presedent yaratdığını deyirlər.