Meksika Prezidenti Klaudia Şeinbaum ABŞ-ın Venesuelaya müdaxiləsinə və bu ölkənin prezidentinin qaçırlmasına qarşı mövqeyini bir daha qəti şəkildə bəyan edib.
News365.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
“Biz digər ölkələrin daxili işlərinə hər cür müdaxiləni qətiyyətlə rədd edirik”, – Şeinbaum bildirib.
Meksika Prezidenti vurğulayıb ki, ölkəsi suveren dövlətdir və ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir. Bununla yanaşı, o qeyd edib ki, bu əməkdaşlıq Meksikanın xarici siyasət prinsiplərinə zidd olan addımları qəbul etməsi anlamına gəlmir.