ABŞ vitse-prezidentinin evinin pəncərələri sındırılıb

ABŞ vitse-prezidentinin evinin pəncərələri sındırılıb
05 Yan 2026 18:40

Naməlum şəxs ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ohayo ştatının Sinsinnati şəhərindəki evinin pəncərələrini sındırıb.

News365.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisənin baş verdiyi vaxtda Vens və ailəsi evdə olmayıb.

Bildirilir ki, bir şübhəli şəxs saxlanılıb. Polis hesab edir ki, saxlanılan şəxs evə daxil olmayıb.

İstintaq davam edir, hadisənin motivi - vitse-prezident və ya onun ailəsinin hədəf alınıb-alınmadığı müəyyənləşdirilir.


Sizin reklam burada
Sizin reklam burada