Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı

Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı
05 Yan 2026 16:16

Ağstafada yanğın hadisəsi baş verib.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Rayonun Qırılı kəndində ikimərtəbəli 7 otaqlı evdə qeydə alınan hadisədə evin 1-ci mərtəbəsində mətbəxin tavanı və 2-ci mərtəbəsində bir otağın döşəməsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın məlumatına görə, hadisə kənd sakini Sahil İsmayılova məxsus evdə qeydə alınıb. İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı vəfat edib. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış keçirib. Hazırda yanğının səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada